Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

GGİ-də prioritet məsələlərə həsr olunan müşavirə keçirilib
21.01.2021 10:45
  • A-
  • A
  • A+

GGİ-də prioritet məsələlərə həsr olunan müşavirə keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə müəssisənin şöbə müdirləri ilə cari və sonrakı illər üçün fəaliyyət proqramlarının müzakirəsinə həsr edilən müşavirə keçirib.

Akademik bildirib ki, ötən il bütövlükdə pandemiya şəraitində keçsə də, qurumun əməkdaşları işlərinin öhdəsindən layiqincə gəlib. Qeyd edib ki, yeni fəaliyyət proqramlarının tərtibində prioritet məsələlər önə çəkilməli, konkretləşdirilməli, hətta mövzuların icra xərci əksini tapmalıdır.

Direktor qeyd edib ki, institutun hər şöbəsi fəaliyyət proqram tərtib edərkən fənlərarası istiqamətləri nəzərə almalı, ölkə iqtisadiyyatına maksimum xeyir gətirə biləcək ideyaların reallaşmasını nəzərdə tutmalıdır. Azad edilmiş torpaqlarda geoloji və geofiziki yönümlü tədqiqatlar isə ümumi fəaliyyət proqramının mühüm hissəsini təşkil etməlidir.

Müşavirədə informasiya siyasəti, kadr hazırlığı və digər sahələrdə işlərin təkmilləşdirilməsinə ehtiyac olduğu və bu istiqamətdə görüləcək işlər barədə müzakirələr aparılıb, təkliflər səsləndirilib və çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: