Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim işıq üzü görüb
18.01.2021 10:28
  • A-
  • A
  • A+

Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim işıq üzü görüb

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hər il ənənəvi olaraq hazırlanan, ədibin həyat və yaradıcılığını əks etdirən növbəti təqvim çap edilib. 2021-ci il üçün əlamətdar günlərin də öz əksini tapdığı bu təqvimdə Cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı əksini tapıb.

Təqvimdə, həmçinin Cavidlər ailəsinin hər bir üzvünün müxtəlif fotoları və dahi şairin əsərlərindən parçalar verilib.

Qeyd edək ki, cavidsevərlərin istifadəsi üçün nəzərdə tutulan bu vəsait eyni zamanda şairin əsərlərinin təbliği məqsədini daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: