Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kulturologiya və incəsənətin nəzəriyyəsi” kitabı nəşr olunub
14.01.2021 12:38
  • A-
  • A
  • A+

“Kulturologiya və incəsənətin nəzəriyyəsi” kitabı nəşr olunub

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Abdullayevanın elmi problemlərin geniş spektrini əhatə edən yeni kitabı işıq üzü görüb.

Kitabda bir-biri ilə qarşılıqlı əlaqədə olan iki elm sahəsinin – kulturologiya və incəsənət nəzəriyyəsinin aktual problemlərinə həsr olunmuş materiallar toplanıb. Bu sahələrin birləşmə nöqtəsi kimi sənətşünaslıq materialının bir sıra hallarda kulturoloji kontekstdə təqdim olunan nəzəri təhlili çıxış edir. Kitabda müəllifin elmi marağının müxtəlif sferaları – kulturologiya və mədəniyyətlərin dialoqu, incəsənətin ümumi nəzəriyyəsi və estetika, bədii üslub problemləri və informasiya mədəniyyəti əks olunub.

Kitab kulturoloqlara, sənətşünaslara, elmşünaslıq sahəsi mütəxəssislərinə, həmçinin dissertant, doktorant və bədii yönümlü ali təhsil müəssisələrinin tələbələrinə ünvanlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: