www.science.az
14.01.2015 00:00

X.Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında ölkə Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Bağı oğlu Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2015-ci il.