Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda qış imtahan sessiyası başlayıb
11.01.2021 16:00
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda qış imtahan sessiyası başlayıb

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların qış imtahan sessiyası başlayıb.

“Qeyri-üzvi kimya”, “Fiziki-kimya”, “Kimyəvi kinetika və kataliz”, “Yüksəkmolekullu birləşmələr kimyası”, “Kompozisiya materialları kimyası”, “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisasları üzrə I və II kursda təhsil alan 17 magistrantın “Kimyanın müasir problemləri”, “Polimer kompozisiyaların analizi”, “Kvant kimyası”, “Birləşmələrin fiziki-kimyəvi parametrlərinin qiymətləndirilməsi” və “Koordinasiya birləşmələri” fənləri üzrə imtahanları keçirilib. İmtahanlar "Zoom" platformasından istifadə edilməklə onlayn formatda təşkil olunub.

Qeyd edək ki, institutda qış imtahan sessiyası cari ilin fevral ayının 2-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: