Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı nəşr olunub
08.01.2021 12:59
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə birinci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində ölkə başçısının “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında”, “N.M.Vəlixanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında”, “K.M.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” və “T.Ə.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” sərəncamları yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, İctimai Elmlər, Kimya Elmləri bölmələrinin hesabat yığıncaqları, Azərbaycan alimlərinin COVID-19-un yayılmasının izlənilməsi ilə bağlı təklif etdikləri model, AMEA Rəyasət Heyətinin nümayəndələrinin Yüksək Texnologiyalar Parkına ziyarəti, akademiyanın elmi müəssisə və təşkilatlarının “YAŞAT” fonduna köçürdükləri ianələr, Vətən müharibəsində iştirak etmiş AMEA əməkdaşları haqqında və s. məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Azərbaycanda dini tolerantlıq və ya dünyanın bir sıra ölkələrinin siyasi və ictimai xadimlərinin iddialarına cavab”, “Qeyri-xətti diferensial tənliklərin həlli üsulunu təklif edən alim” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: