www.science.az
14.01.2015 00:00

“Müdriklik mücəssəməsi” adlı kitab nəşr olunub

Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmlinin “Müdriklik mücəssəməsi” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitaba tədqiqatçı-alimin son on ildə müxtəlif mövzularda yazdığı və mətbuat orqanlarında nəşr olunan seçilmiş məqalələri daxil edilib.

Nəşrin elmi redaktoru professor Vaqif Arzumanlıdır.

Kitab ədəbiyyatşünaslar, tədqiqatçılar, müəllimlər və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.