www.science.az
13.01.2015 00:00

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 44-cü sayı işıq üzü görüb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 44-cü sayı nəşr olunub.

Elmi məqalələr toplusunun “Folklorşünaslıq məsələləri” bölümündə “Alternativ variant: yazısız mədəniyyət, yoxsa mədəniyyətdən əvvəlki mədəniyyət?”, “Nağıllar barədə bir neçə söz”, Füzuli Bayatın “Məhərrəmlik ritualları və şəbih elementləri”, “XIII-XIV əsrlər Azərbaycan epik poeziyasında nağıl motivləri”, “Ozan sənəti”, “Mühacirətdə folklor materiallarının toplanmasının özəllikləri”, “Övliya kəramətlərinin funksional semantik rolu” kimi yazılar yer alıb.

Azərbaycan folklorunun ayrı-ayrı problemlərinə həsr olunmuş toplunun bu sayında “Peşəkar söyləyici ifaçılığı” bölümündə “Neftçala-Salyan folklorundan örnəklər”, “Ümumtürk folklorundan örnəklər” bölümündə isə “Özbək xalq şeirindən seçmələr” və s. yazılar diqqəti çəkir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.