www.science.az
12.01.2015 00:00

“Azərbaycanın nadir oduncaqlı bitkilərinin bioekologiyası, çoxaldılması və mühafizəsi” adlı kitab çapdan çıxıb

AMEA Mərkəzi Nəbatat Bağının alimləri tərəfindən “Azərbaycanın nadir oduncaqlı bitkilərinin bioekologiyası, çoxaldılması və mühafizəsi” adlı kitab nəşr olunub.

Kitabın müəllifləri Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov və laboratoriya müdiri, biologiya üzrə elmlər doktoru Elman İsgəndərdir.

276 səhifədən ibarət olan yeni nəşrdə Azərbaycan ərazisində yayılan 24 fəsilə və 36 cinsi təmsil edən 43 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərin in situ və ex situ şəraitində müqayisəli şəkildə bioekoloji xüsusiyyətləri haqqında ətraflı məlumat verilir. Kitabda, həmçinin Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin taksonomik tərkibi və onların müxtəlif şəraitlərdə biruzə verdikləri bioekoloji, botaniki-coğrafi xüsusiyyətləri də öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.