Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“AzCloud” istifadəçilərə nə verir?
15.11.2013 00:00
  • A-
  • A
  • A+

“AzCloud” istifadəçilərə nə verir?

AzScienceNet elm kompüter şəbəkəsinin Cloud Computing (AzCloud) xidməti böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin ən qısa zamanda həlli üçün virtual hesablama maşınlarını təqdim edir. AzCloud “infrastructure as a service” modeli əsasında, IBM SmartCloud Provisioning proqram təminatının bazasında qurulmuşdur.

 Cloud Computing aşağıdakı əməliyyat sistemlərini dəstəkləyir:

 

- Red Hat Enterprise Linux server v6.2 (64 bit)

- CentOS 5.5 (64 bit)

- Windows Server 2008 R2 Standard edition (64 bit)

- Windows 7 Professional (64 bit)

 Qeyd edək ki, xidmət AMEA institut və təşkilatlarının əməkdaşları üçün ödənişsizdir.

Əlavə məlumat almaq üçün azsciencenet.az saytının AzScienceCloud keçidinə daxil ola və ya tural.mustafayev@iit.ab.az ünvanına müraciət edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: