Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Görkəmli iqtisadçı alim Mədət Allahverdiyevin 85 illiyinə həsr edilmiş elmi konfrans keçirilib
09.01.2015 00:00
  • A-
  • A
  • A+

Görkəmli iqtisadçı alim Mədət Allahverdiyevin 85 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

AMEA İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim Mədət Allahverdiyevin anadan olmasının 85 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.

Konfransda İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Azərbaycan iqtisad elminin inkişafında müstəsna xidmətləri olan tanınmış alim Mədət Allahverdiyevin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, həyatını yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasına həsr edən alim həm də böyük şəxsiyyət idi.

Tədbirdə AMEA-nın müxbir üzvü Şahbaz Muradov M.Allahverdiyevin Azərbaycan iqtisad elminin bayraqdarı olduğunu vurğulayıb. Qeyd edilib ki, 100-dən artıq elmlər doktoru, fəlsəfə doktoru hazırlayan, sanballı elmi əsərlərin müəllifi olan M.Allahverdiyev yaddaşlarda prinsipial, eyni zamanda, alicənab və xeyirxah insan kimi qalıb. Onun tədqiqatlarının əsas mövzusu ölkənin əmək potensialının formalaşmasına həsr olunub. Ş.Muradov elm və təhsilə, ziyalılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə qeyd edib ki, bu gün Azərbaycan iqtisad elmi Müstəqil Dövlətlər Birliyi məkanında qabaqcıl yerlərdən birini tutur. M.Allahverdiyevin iqtisad elminin inkişafındakı xidmətlərindən danışan akademik onun əsərlərinin əhəmiyyətini, bu əsərləri çap edilməsinin zəruriliyini vurğulayıb.

Digər çıxış edənlər də M.Allahverdiyevin iqtisadçı mütəxəssislərin yetişməsində əvəzsiz xidmətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: