www.science.az
06.01.2015 00:00

Böyük türkmən şairi Məxdumqulu Fəraqinin “Divan”ı nəşr olunacaq

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin “Divan”ı nəşr ediləcək.

Transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanan kitabda Məxdumqulunun indiyə qədər çap olunmayan bir çox şeirləri yer alacaq.

Kitaba Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlı və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ön söz” yazıblar.

Nəşrin redaktoru akademik İsa Həbibbəylidir.

Qeyd edək ki, 1733-cü ildə anadan olan Məxdumqulu “Fəraqi” təxəllüsü ilə şeirlər yazıb. Onun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir. Məxdumqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadi yaradıcılığına da ciddi təsir göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.