Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Everest dağı 73 santimetr böyüyüb
09.12.2020 11:15
  • A-
  • A
  • A+

Everest dağı 73 santimetr böyüyüb

Nepal son ölçmələrdə dünyanın ən yüksək zirvəsi Everestin 73 santimetr daha uzun olduğunu açıqlayıb.

Asian News İnternational-ın xəbərinə görə, Nepalın xarici işlər naziri Pradip Kumar Gyavali bildirib ki, Everest dağının yüksəkliyinin yeni ölçüsü 8.848 metr 86 santimetrdir. P.Gyavali qeyd edib ki, Everest dağının bundan əvvəlki ölüsü 73 santimetr az olub.

Everest dağının hündürlüyünü dəqiq ölçmək üçün yola çıxan Çin ekspedisiya qrupu zirvəyə mayın 7-də çatıb. Komandanın peyklərdən gələn GPS siqnallar ilə yerdəki xüsusi çəki ölçən qravimetrlər kimi alət və cihazların yardımı ilə dağdakı ən yüksək nöqtədəki hündürlüyü ölçməyə çalışacağı qeyd edilmişdi.

Çin əvvəllər zirvənin dəqiq hündürlüyünü ölçmək üçün Everestə 1975 (8844 metr 43 santimetr) və 2005-ci (8848 metr 13 santimetr) illərdə ekspedisiyalar göndərmişdi.

  • Paylaş: