Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2020 17:06
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzində cari ildə görülən işlər müzakirə edilib

Respublika Seysmoloji Xidmət Mərkəzində cari ildə görülən işlər müzakirə edilib

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının iclası keçirilib.

İclasda mərkəzdə 2020-ci ildə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə dair illik hesabatlar təqdim edilib.

RSXM-nin Elmi-Texniki Şurasının üzvləri və AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədrinin müavini, Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov iclasa onlayn qatılıblar.

Tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli əvvəlcə 44 günlük Vətən müharibəsi və xalqımızın əldə etdiyi qələbədən danışıb. Vətən müharibəsində Azərbaycan seysmoloqlarının da iştirak etdiyini qeyd edən baş direktor əməkdaşları qələbə münasibəti ilə təbrik edib. Həmçinin müharibədə RSXM-nin iki əməkdaşının övladlarının şəhid olduğunu bildirib. Vətən uğrunda həlak olan bütün şəhidlərimizin xalqımız üçün hər zaman əziz olduğunu deyən Q.Yetirmişlinin təklifi ilə Vətən müharibəsinin şəhidlərinin xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra mərkəzin şöbələri illik hesabatlarını təqdim ediblər. Hesabatlar müzakirə olunduqdan sonra şura üzvləri tərəfindən müsbət qiymətləndirilərək qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: