www.science.az
15.11.2013 00:00

Azərbaycanlı alim beynəlxalq “Koroğlu” simpoziumunda iştirak edib

Türkiyənin Bolu bölgəsinin Abant İzzət Baysal Universitetində IV Beynəlxalq Bolu Xalq Mədəniyyəti və Koroğlu Simpoziumu keçirilmişdir. Türk dünyasının müxtəlif ölkələrinin rəsmiləri, millət vəkilləri, ziyalıları, alimləri və sənət adamlarının qatıldığı simpoziumda ölkəmizi təmsil edən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun ”Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə “Koroğlu dastanının Bakı əlyazmaları haqqında mülahizələri” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd edək ki, artıq dördüncü dəfədir təşkil olunan Beynəlxalq simpozum ilk dəfə 1987-ci ildə keçirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.