Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2020 14:02
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə beynəlxalq simpoziumda iştirak edib

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə beynəlxalq simpoziumda iştirak edib

Türkiyənin Üsküdar Universitetinin təşkilatçılığı ilə “Pandemiya və yalnızlıq” mövzusunda II beynəlxalq simpozium keçirilib.

Türkiyə, Kanada, Almaniya, Rusiya və digər dövlətlərin tanınmış mütəxəssislərinin iştirak etdiyi tədbirdə ölkəmizi Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə təmsil edib.

İki gün davam edən simpoziumda psixoloq, sosioloq və filosoflar yalnızlığın iqtisadi, siyasi, mədəni və ictimai kökləri haqqında maraqlı məruzələrlə çıxış edib, müasir mədəniyyət-cəmiyyət-fərd, canlılıq, şüurluluq, individuallıq, birlikdə yaşayış və tənhalıq, təcrid, sosial məsafə və yeni normalar kimi məsələlər ətrafında müzakirələr aparıblar.

K.Bünyadzadənin təqdim etdiyi “Yalnızlıq və yaradıcılıq” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: