Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnalların növbəti nömrələri çapdan çıxıb
03.12.2020 12:23
  • A-
  • A
  • A+

Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan jurnalların növbəti nömrələri çapdan çıxıb

AMEA, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təsisçiliyi ilə dərc edilən "Web of Science" bazasının Q1 siyahısında yer alan “Applied and Computational Mathematics” jurnalının növbəti 19-cu cildinin 3-cü sayı çapdan çıxıb.

Jurnalın bu nömrəsində Azərbaycan, Türkiyə, Rusiya, Çin, İran, Yunanıstan, Mərakeş və Tunisin tanınmış alimlərinin məqalələri dərc olunub.

Bundan əlavə, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda işıq üzü görən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin mətbu orqanı olan və “Science Citation Index Expanded” (SCIE) indeks bazasında yer alan “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının növbəti 11-ci cildinin 2-ci sayı çapdan çıxıb.

Jurnalın bu nömrəsində Azərbaycan, Türkiyə, Hindistan, İran, Vyetnam, Tayvan, Tunis, Bosniya və Herseqovinanın tanınmış alimlərinin müasir nəzəri və tətbiqi riyaziyyatın aktual məsələlərinin həllinə dair məqalələri dərc olunub. Həmin məqalələrdə fraksional diferensial tənliklər, tərs məsələlər, kəsr operatorları, analitik funksiyalar, matris nəzəriyyəsi, statistik nəzəriyyə və onun tətbiqləri, sabit nöqtələr nəzəriyyəsi, Morri tipli fəzalarda inteqral operatorlar nəzəriyyəsinə baxılıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: