Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb
29.12.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb

Dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu sənəti gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu tərəfindən silsilə musiqi albomları buraxılır. Bu yaxınlarda institutun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə işıq üzü görüb.

İlk albomda Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.

Tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Elçin Abbasov, Miraslan Bəkirli və Elşad Məmmədovdur.

Qeyd edək ki, institutun Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: