www.science.az
29.12.2014 00:00

Avropa fotoelektrik elmi-tədqiqat infrastrukturu üzrə simpozium keçiriləcək

2015-ci il yanvarın 22-də Fransada SOPHIA - Avropa fotoelektrik elmi-tədqiqat infrastrukturu üzrə simpozium keçiriləcək.

Tədbir Avropada tədqiqat və təkmilləşdirməni dünya standartları səviyyəsində necə saxlamalı, PV (fotoelektrik) sənayesində yeniliyi dəstəkləmək üçün ən əlverişli yol nədir, böyük həcmli məlumatlar günəş fotovoltaik monitorinq sistemi sahəsinə böyük üstünlüklər gətirə bilərmi və s. kimi məsələlərin müzakirəsi məqsədini daşıyır.

Konfransda SOPHIA layihəsinin əsas nəticələrini vurğulamaq və əldə olunmuş təcrübə əsasında təkliflər hazırlamaq, növbəti on il üçün Avropada tələb olunan bir sıra aspektləri əhatə edən PV tədqiqat infrastrukturları və elektron infrastrukturlarının forumda müzakirəsini təmin edəcək məsələlər ətrafında müzakirələr aparılacaq. Buraya təkmilləşdirmə, giriş, koordinasiya, PV sənayesində innovasiyanın dəstəklənməsi, xüsusilə pilot xətləri, etibarlıq və keyfiyyət məsələləri, təlim ehtiyacları, bazar inteqrasiyasına dəstək (milyonlarla PV sistemlərinin monitorinqi və idarə edilməsi) və s. daxildir.

Əlavə məlumat almaq üçün www.sophia-ri.eu saytına müraciət etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.