Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Vüqar Əhməd diplomla təltif olunub
27.11.2020 12:39
  • A-
  • A
  • A+

Professor Vüqar Əhməd diplomla təltif olunub

“Çimkənd - MDB-nin mədəniyyət paytaxtı 2020” proqramı çərçivəsində Qazaxıstanın Çimkənd şəhərində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyinə həsr olunan “Abay sözü” onlayn oxuları keçirilib.

Tədbirdə MDB və digər xarici ölkələrdən 253 nümayəndə iştirak edib. Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd məruzə ilə çıxış edib və diplomla təltif olunub.

Qeyd edək ki, Birliyin 2021-ci il mədəniyyət paytaxtının fəxri estafeti Düşənbə (Tacikistan Respublikası) şəhərinə təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: