Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

GeoNet - karbon qazının geoloji saxlanması üzrə Avropa şəbəkəsidir
29.12.2014 00:00
  • A-
  • A
  • A+

GeoNet - karbon qazının geoloji saxlanması üzrə Avropa şəbəkəsidir

Karbon qazının geoloji saxlanması üzrə unikal Avropa Tədqiqat Laboratoriyası olan “GeoNet” iqlim dəyişikliyinin təsirinin azaldılması ilə davamlı məşğul olan elmi-ictimai institutlar tərəfindən formalaşdırılmışdır. Əsas missiyası karbonsuz gələcəyin təmin olunmasıdır.

Qeyri-kommersiya elmi assosiasiya olan “CO2GeoNet” 16 Avropa ölkəsinin 24 elmi-tədqiqat institutunu özündə birləşdirir.

CO2GeoNet iqlim dəyişikliyi və okeanın oksidləşmə təsirini azaltmaq üçün karbon qazının əldə olunması və geoloji saxlaması texnologiyasının təhlükəsiz və səmərəli tətbiqi ilə məşğul olan elmi orqandır. 16 Avropa ölkəsindən milli geoloji sorğu və tədqiqat institutları, universitetlər, araşdırma şirkətləri və s. kimi 24 tərəfdaş bu birliyə qoşulmuşdur.

Avropa Komissiyasının 6-cı Çərçivə Proqramı üzrə Mükəmməllik Şəbəkəsi kimi fəaliyyətə başlamış GeoNet əsasən dörd sahədə xidmətlər təklif edir: birgə tədqiqatların aparılması, təlim və bacarıqların artırılması, elmi məsləhət, informasiya və rabitə.

Əlavə məlumatları www.co2geonet.com saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: