Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlanıb
24.11.2020 15:42
  • A-
  • A
  • A+

Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasında müstəqilliyimiz tarixində ilk dəfə olaraq, milli transliterasiya standartları hazırlanıb.

Bunu Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli deyib.

Onun sözlərinə görə, Azərbaycan dilində olan coğrafi adların rus və ingilis dillərinə milli transliterasiya qaydaları hazırlanaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Bununla yanaşı, Azərbaycan dilində olan alınma sözlərin 7 - rus, ingilis, alman, fransız, italyan, ispan, fars dillərində transliterasiya standartları hazırlanıb.

B.Məhərrəmli bu standartların başqa dillərdən keçən sözlərin Azərbaycan dilində düzgün yazılışını nəzərdə tutduğunu söyləyib. O, transliterasiya standartlarının artıq təsdiq üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edildiyini də xatırladıb.

Alim əlavə edib ki, Dilçilik İnstitutu tərəfindən xəritələrin hazırlanmasında istifadə məqsədilə Azərbaycanın təxminən 4650 yaşayış məntəqəsinin adı rus və ingilis dillərində transliterasiya edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.

B.Məhərrəmli qeyd edib ki, indiyədək Azərbaycandakı coğrafi adların başqa dillərə transliterasiyasına rus dilinin təsiri özünü göstərib. Bu da coğrafi adların təhrif edilməsinə səbəb olurdu.

"Trend.az"

  • Paylaş: