Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Sosial-iqtisadi inkişaf səviyyəsini müəyyənləşdirə bilən metodologiya təklif edilib
24.11.2020 10:19
  • A-
  • A
  • A+

Sosial-iqtisadi inkişaf səviyyəsini müəyyənləşdirə bilən metodologiya təklif edilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, i.e.d., professor Qorxmaz İmanov İspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyasının təşkil etdiyi "Yaşlılıq: bilik, təcrübə və təcrübə" mövzusunda XV beynəlxalq onlayn konfransda iştirak edib.

Professor Q.İmanov konfransın 4-cü sessiyasının moderatoru olub və “Ölkə inkişafının keyfiyyətli qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında iqtisadi göstəricilərdən (adam başına düşən Ümumi Daxili Məhsul, yaşayış səviyyəsi, dayanıqlı inkişaf, əhatəli inkişaf və s.) istifadə  edərək ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini müəyyən edə bilən müxtəlif indekslər təklif edib. Bu alqoritm ölkə inkişafının yalnız kəmiyyət deyil, həm də keyfiyyət səviyyəsini müəyyənləşdirməyə imkan verir.

Təklif edilən metodologiyadakı sosial-iqtisadi inkişaf səviyyəsi indeksinin hesablanması 2015-2018-ci illər üçün Azərbaycanın statistik məlumatları əsasında həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: