Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin yeni kitabı işıq üzü görüb
23.11.2020 16:36
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin yeni kitabı işıq üzü görüb

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, müəssisənin əməkdaşları Əli Yaqubov, Səadət Məmmədova və Elmira Teymurovanın həmmüəllifi olduğu “Təbii və tullantı sularının sorbsiya metodları ilə tənzimlənməsi” (“Сорбционные методы очистки природных и сточных вод”) kitabı rus dilində işıq üzü görüb.

Müvafiq təmizlənmədən sonra çirkab sularının  təkrar emalı və istifadəsi, eləcə də təbii suların təmizlənməsi və istifadəyə verilməsi su ehtiyatlarının  tükəndiyi hazırki durumda  mövcud olan böhran vəziyyətlərinin uğurla həllinə kömək edə bilər. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə imkanlarının araşdırılması ilə bağlı AMEA alimləri qarşısında da vəzifələr qoyulub.

Qeyd olunanları nəzərə alaraq çap edilən kitabda təbii və tullantı sularının təmizlənməsi məsələləri araşdırılaraq işıqlandırılıb. Yeni nəşrdə təbii və tullantı sularının zərərli və bioloji cəhətdən oksidləşməyən üzvi və qeyri-üzvi maddələrdən, ağır metal ionlarından aktiv kömür, mineral və sintetik materiallarda təmizlənməsində sorbsiya üsullarının üstünlüklərindən bəhs edilib. Həmçinin monoqrafiyada suyun təkrar istifadəsinə, bunun şəhər su təmizləyici qurğularında tullantı məhsullarının azalmasına təsiri, tullantı sularının təkrar emalında qapalı sistemlərin əsas prinsiplərindən və sorbsiya proseslərində işlənmiş sorbentlərin bərpası texnologiyasına geniş yer verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: