Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA YT Parkın rezidenti Təcrübə Sənaye Zavodunun brendi
23.11.2020 14:15
  • A-
  • A
  • A+

AMEA YT Parkın rezidenti Təcrübə Sənaye Zavodunun brendi

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda yüksək keyfiyyətli və müxtəlif kateqoriyalı hidravlika yağlarının istehsalı həyata keçirilir.

Yüksək təzyiq altında işləyən hidravlik sistemlərin yağlanması üçün istifadə olunan hidravlika yağları aviasiya texnikası, yerüstü və dəniz nəqliyyatında geniş tətbiq olunur. Bu yağlar yüksək gərginlikdə və kəskin temperatur dəyişməsində işləyən tikinti maşınlarının, yol-tikinti texnikasının, qaldırıcı qurğuların və sənaye avadanlıqlarının hidravlik sistemlərinin yağlanması üçün istifadə edilir. Onlar yuxarı kinematik özlülüyə, eləcə də yeyilməyə qarşı davamlı xüsusiyyətlərə malikdir.

Zavodda hidravlika yağlarının istehsalı zamanı ətraf mühitin qorunması, əhalinin sağlamlığı, ekoloji təhlükəsizliyin təmini kimi tələblərə ciddi riayət olunur.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: