www.science.az
26.12.2014 00:00

“XVI əsr Azərbaycan-türk yazılı abidəsi “Şühədanamə”nin tərcümə və dil xüsusiyyətləri” monoqrafiyası çapdan çıxıb

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun “XVI əsr Azərbaycan-türk yazılı abidəsi “Şühədanamə”nin tərcümə və dil xüsusiyyətləri” adlı monoqrafiyası rus dilində çapdan çıxıb.

Kitabda yazılı abidələrin paleoqrafik, qrafik, tekstoloji, leksik, frazeoloji və sintaktik baxımdan tədqiqi öz əksini tapıb.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış monoqrafiyanın elmi redaktorları akademik Tofiq Hacıyev və filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.