Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"İranda Azərbaycan tarixi məsələləri" kitabı işıq üzü görüb
23.11.2020 12:11
  • A-
  • A
  • A+

"İranda Azərbaycan tarixi məsələləri" kitabı işıq üzü görüb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin "İranda Azərbaycan tarixi məsələləri" kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru və "Ön söz"ünün müəllifi AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, rəyçiləri tarix elmləri doktoru, professor Şahin Fərzəliyev və tarix elmləri doktoru Tofiq Nəcəflidir.

Monoqrafiyada Azərbaycanın tarixi coğrafiyası, dövlətçilik tarixi, Azərbaycan xalqının təşəkkülü, dili və mədəniyyəti məsələlərinə İran tarixçilərinin münasibəti aydınlaşdırılıb. Xüsusilə Cənubi Azərbaycanda 1905-1911-ci illər milli demokratik hərəkatı və 1920-ci ilin aprel-sentyabr aylarında Şeyx Məhəmməd Xiyabani və 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvəri hərəkatının İran tarixşünaslığında tədqiqi və dəyərləndirilməsi öyrənilib, dövrün qaynaqlarından istifadə olunmaqla hərtərəfli təhlil edilib.

Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və İranla qarşılıqlı əlaqələrinin, Sovet dövründə Azərbaycan-İran münasibətlərinin, eləcə də müstəqil Azərbaycan Respublikası tarixi məsələlərinin İran tarixşünaslığında əksi geniş araşdırılıb.

Vəsait XX əsr Azərbaycan tarixi məsələlərini öyrənən tədqiqatçılar və tələbələr, həmçinin geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: