Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Kimya Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat müzakirə olunub
26.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Kimya Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat müzakirə olunub

AMEA Neft-Kimya Prosesləri İnstitutunda Kimya Elmləri Bölməsinin (KEB) növbəti iclası keçirilib.

2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyət proqramının hesabatına həsr olunan iclasda KEB-in elmi müəssisə və təşkilatlarının rəhbərliyi, bölmə üzrə mühüm nəticələrin icraçıları və əlaqədar təşkilatların nümayəndələri iştirak edib.

Bildirilib ki, hesabat ilində bölmənin elmi müəssisələri tərəfindən yerinə yetirilən mövzular və işlərə əlavə olaraq altı dövlət proqramları: “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasının əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair”, “Azərbaycan Respublikasında Məşğulluq strategiyasının həyata keçirilməsi”, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və iki elmi-texniki proqram üzrə işlər yerinə yetirilib.

Qeyd olunub ki, cari ildə 8 kitab, 11 monoqrafiya (onlardan 3-ü xaricdə), 450 məqalə (onlardan 203-ü xaricdə), 454 tezislər (onlardan 211-i xaricdə), 322 istinadlar və 146 məqalə impakt faktorlu jurnallarda dərc olunub. Bundan əlavə institutun əməkdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm fondunun 13, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 3 (o cümlədən Gənc alim və mütəxəssislər üçün- 2 qrant), Ukrayna Elmi Texniki Mərkəzinin 2 qrantına layiq görülüblər.

Tədbirdə hesabatla bağlı bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev öz çıxışında Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının 2014-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: