Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Tarix İnstitutunda “İlham Əliyev və Azərbaycan tarix elmi” adlı kitabın təqdimatı keçırilib
25.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Tarix İnstitutunda “İlham Əliyev və Azərbaycan tarix elmi” adlı kitabın təqdimatı keçırilib

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda “İlham Əliyev və Azərbaycan tarix elmi” adlı fundamental elmi əsərin təqdimatına həsr edilmiş Elmi Şuranın iclası keçirilib.

İclasda çıxış edən institutun direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bu elmi müəssisənin Azərbaycan tarixi üçün çox əhəmiyyətli işlər gördüyünü qeyd edib, institutun uğurlarından danışıb. Bildirib ki, İlham Əliyevin tövsiyə və göstərişləri nəzərə alınaraq institutda ermənilərin əsassız iddialarına layiqli cavab vermək məqsədilə fundamental araşdırmalar aparılıb. Daha sonra Yaqub Mahmudov institutun bu il ərzində nəşr etdirdiyi dəyərli kitablar, elmi əsərlər, ölkənin hər bölgəsində ermənilərin törətdiyi soyqırımlara həsr edilmiş sənəd topluları və kitablar, 3 cildlik “Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi” kitabının nəşri, Azərbaycan Respublikası Milli Atlasının tərtibində Tarix İnstitutunun xəritələrinə geniş yer verilməsi barədə məlumat verib.

O, Tarix İnstitutunun 2014-cü ildə əldə etdiyi ən uğurlu layihənin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə həsr edilmiş “İlham Əliyev və Azərbaycan tarix elmi” adlı kitabın nəşri olduğunu qeyd edib. Bildirib ki, İlham Əliyevin Tarix İnstitutuna verdiyi töhfələr, Azərbaycan tarix elminin inkişafında göstərdiyi böyük xidmətlər, prezidentin tarix elminin saxtalaşdırmalardan, zərərli konsepsiyalardan təmizlənməsi, soyqırımlarla bağlı elmi araşdırmaların aparılması istiqamətində instituta verdiyi böyük dəstək, tövsiyə, qayğı və diqqət nəzərə alınaraq bu kitab ərsəyə gəlib. “İlham Əliyev və Azərbaycan tarix elmi” monoqrafiyası Prezident İlham Əliyevin tövsiyə, çağırış və tapşırıqlarına əsasən müstəqil Azərbaycan Respublikasında tarix elminin konseptual problemlərinə, bu problemlərin araşdırılması istiqamətində aparılan dövlət siyasətinə və strategiyasına həsr olunmuşdur.

Qeyd edək ki, kitabın müəllifi institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. 5 bölmədən ibarət olan monoqrafiyada dövlət başçısının Azərbaycan tarix elminin inkişafına yönəlmiş məqsədyönlü siyasəti tədqiq edilir, Azərbaycan tarixinin obyektiv araşdırılması işinə ölkə rəhbərinin xüsusi qayğı göstərməsi nəticəsində bu mühüm elm sahəsinin Azərbaycan Respublikasının İnkişaf Strategiyasının mühüm tərkib hissəsi olduğu işıqlandırılır. Kitabda, həmçinin Azərbaycan tarixinin və mədəniyyətinin müdafiəçisi olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevayanın xidmətlərinə də yer ayrılıb. Tədqiqatda respublikada tarix üzrə araşdırmaların mərkəzi olan AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəaliyyətinə də diqqət yetirilib.

Daha sonra Elmi Şuranın üzvləri Millət vəkili Fəzail İbrahimli, professor Şahin Fərzəliyev, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və başqaları “İlham Əliyev və Azərbaycan tarix elmi” əsəri haqqında öz fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: