Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Geologiya və Geofizika İnstitutunda hesabat yığıncağı keçirilib
24.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya və Geofizika İnstitutunda hesabat yığıncağı keçirilib

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) bu elm müəssisəsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

AMEA Yer Elmləri Bölməsi və GGİ-nin elmi şurasının birgə iclasında AMEA prezidenti, institutun direktoru, akademik Akif Əlizadə, elmi ictimaiyyətin digər tanınmış nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov çıxış edərək bildirib ki, cari il AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlamətdar olub. GGİ-nin əməkdaşları arasından 2 həqiqi üzv, 3 müxbir üzvün seçilməsi institutun elmdəki xidmətinə verilən böyük qiymətdir.

Natiq bildirib ki, GGİ-də 5 problem üzrə 15 mövzuda 25 elmi tədqiqat işi aparılıb, 12 elmi tədqiqat işi başa çatdırılıb, 2 mühüm elmi nəticə əldə olunub. Həmçinin 7 qrant layihəsinin icrası tamamlanıb, 9 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir.

2014-ci ildə GGİ-nin prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyətinin əsas hissəsi “2007-2014-cü illər ərzində Cənubi-Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı”nın icrası ilə bağlı olub. Cənubi Xəzər çökəkliyinin keçən əsrin 50-ci illərindən mövcud olan geoloji-geofiziki modeli yeni məlumat, nəzəriyyə və texnologiyalar əsasında təkmilləşdirilib.

Hesabat ilində institut əməkdaşlarının 91 elmi əsəri dərc olunub. Bundan əlavə, alimlərimiz xarici nəşrlərdə 37 elmi məqalə çap etdiriblər. Onlardan 17-si impakt faktorlu jurnallarda işıq üzü görüb.

Dadaş Hüseynov, həmçinin qeyd edib ki, institutun gənc alimləri Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin elmi-tədqiqat müəssisələrində təcrübə keçib, təlim, seminar və konfranslarda iştirak ediblər.

Sonra akademik Akif Әlizadә çıxış edәrәk bildirdi ki, AMEA-da yeni texnopark müәssisәlәri yaradılmalı, innovativ nәticәlәrin tәcrübәdәn keçirilmәsi üçün imkanlar yaradılmalıdır. Hәmçinin, xarici alimlәrlә birgә Qara dәnizdәn Xәzәrәdәk әrazilәrin ekosistemi vә yeraltı sәrvәtlәrinә dair regional tәdqiqatlar aparmağa ehtiyac vardır. Akademik bu işlәrә gәnc alimlәrin dә cәlb olunmasını, kadr hazırlığı siyasәtindә onların potensialından sәmәrәli istifadәni vacib hesab edib.

Sonra hesabatla bağlı çıxışlar dinlənilib, institutun 2014-cü ildəki fəaliyyəti yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: