www.science.az
19.12.2014 00:00

A.Ş. Mehdiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Şəfaət oğlu Mehdiyev “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2014-cü il.