Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi “TurkLang-2020” beynəlxalq konfransında çıxış edib
04.11.2020 10:35
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi “TurkLang-2020” beynəlxalq konfransında çıxış edib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə “TurkLang-2020” onlayn beynəlxalq konfransında “Azərbaycan Milli Transliterasiya Sisteminin inkişafı” (“Development of the National Transliteration System of Azerbaijan”) mövzusunda məruzə edib.

S.Məmmədzadə məruzədə Milli Transliterasiya Sisteminin yaradılmasının normativ-hüquqi əsasları, əsas məqsədi, mövcud beynəlxalq transliterasiya standartları, Azərbaycanda transliterasiya ilə bağlı problemlər, eləcə də Milli Transliterasiya Sistemi və “Transliterasiya” veb-portalı haqqında məlumat verib.

Türk dillərinin kompüter emalı üzrə keçirilən “TürkLang 2020” VIII beynəlxalq konfransında türk dilləri üçün rəsmi modellər, kompüter sistemlərinin milli lokallaşdırılması və terminologiya, nitq texnologiyaları və sistemləri, maşın tərcüməsi sistemləri və s. mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: