www.science.az
17.12.2014 00:00

Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək

Dekabrın 19-da saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycan alimlərinin I Qurultayı keçiriləcək.

AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edəcəklər.

Qurultay saat 9:30-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid pros., 115, AMEA-nın Əsas binası

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.