Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Terminoloji şəbəkələrin formal modelləri tədqiq olunur
02.11.2020 11:21
  • A-
  • A
  • A+

Terminoloji şəbəkələrin formal modelləri tədqiq olunur

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin “Terminoloji şəbəkələrin formal modellərinin müqayisəli analizi” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.

Məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko bildirib ki, terminoloji sistemlərin ilk modelləri arasında hələ XX əsrin 60-cı illərində təklif edilmiş inteqrasiya olunmuş məntiqi-linqvistik modelləşdirmə konsepsiyasını nümunə göstərmək olar. Bu modeldə məntiqi vasitələr linqvistik formada təqdim edilmiş informasiyanın emalı üçün istifadə oluna bilər.

“Hazırda terminoloji sistemlərin bir neçə modelləşdirmə üsulu tətbiq edilir: terminoloji sistemlərin tezaurus modelləşdirilməsi, semantik-terminoloji şəbəkələr modeli, məntiqi-anlaşılan sxemin modelləşdirilməsi, terminoloji sistemlərin statistik modelləşdirilməsi, Freym modelləşdirilməsi, terminoloji sistemlərin qurulmasına ontoloji yanaşma və s.” – deyə bildirən məruzəçi sadaladığı hər bir model barədə ətraflı məlumat verib. Onların müqayisəli analizini təqdim edərək, üstünlükləri və çatışmazlıqlarını diqqətə çatdırıb.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: