Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hansı ilimiz qansız olub ki?...
30.10.2020 12:17
  • A-
  • A
  • A+

Hansı ilimiz qansız olub ki?...

(Məmməd Səid Ordubadinin “Qanlı sənələr” kitabını vərəqləyərkən)

Kərəminə şükür Ulu Tanrının!

Yaratdığı quluna can verib, yaratdığı gözəl dünyadan doyunca feyz almaq, ona ayrılmış ömür payını hüzur və sevinc içində başa vurmaq üçün Yer üzünə göndərib. Ancaq verdiyi canın da əsasını qan adlı möcüzəli maye təşkil edir ki, onsuz insan həyatı əbədən mümkün olmazdı. Yəni qan yoxdursa, can da yoxdur. Elə buna görə zaman-zaman insan düşməni olan, iblisin törəməsi xəbis qüvvələr insanın canını almaq üçün onun qanına susayıblar və nə yazıq ki, yüz min illərdir bu təşnəliyi bir dürlü yatırmaq olmur...

Türkün ürək açıqlığından, qəlb genişliyindən sui-istifadə edən neçə-neçə qan hərisləri yüzillər boyu bizi də rahat buraxmayıblar. Ancaq bu son yüz-yüz əlli ildə düşdüyümüz müsibət, bizə yapışan dəhşətli vampir, qopmaq bilməyən zəli bir özgə cür qanımızı sorub, doydum-dolandım deməyib və bu gün də sormaqdadır...

Tarix boyu dünyada misli-bərabəri görünməmiş bu şər fenomeni haqda çox deyilib, çox yazılıb. Tanrı ilə heç bir bağlılığı olmayan, ancaq məlun iblisin diktəsi ilə durub-oturan, insana ziyan vurmaqdan, əzab verməkdən həzz alan bu şər fenomeninin törətdiyi vəhşiliklər bəlkə iblisin özünü də heyran qoyardı.

Hindistan yarımadasından ziyanlı bir həşərat kimi dünyaya yayılan, ən əsası isə, kvazidövlət kimi Azərbaycanın qonşuluq bəxtinə düşən bunları nəzərdə tutan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi deyirdi: “Baxsana, yol kəsər quldur-qaralar, Dünyanı öz qara rəngnə boyar”.

Dahi Füzuli də belələrini nəzərdə tutaraq: “Şəkli insan olur, əmma özü insan olmaz!” demişdi...

Azərbaycan tarixi romanının banisi, böyük ədibimiz Məmməd Səid Ordubadi də “Qanlı sənələr” kitabında məhz bu ölümsaçan tarixin bir parçasını olduğu kimi millətə çatdırmaq, bununla da yalnız türk olduğu üçün Tanrının bəxş etdiyi ən böyük nemət olan həyatı əlindən alınmış minlərlə soydaşlarımızın məzlum ruhlarına azacıq təsəlli vermək istəmişdir.

Məşhur ispan rəssamı Fransisko Qoyyanın (1746-1828) dünyaca tanınan belə bir əsəri var: “Ağılın yuxusu əcinnələr doğurur”. Doğrudan da, insan ağlı – hələ indiyə qədər də qaynağı və mahiyyəti açıqlanmamış bu fenomen yatarsa, şübhəsiz ki, onun boş qalmış yerini vəhşi instinktlər, heyvani ehtiraslar, əcinnələr tutacaq. Həm də bütün bunlar ağıl sahibi insanın əleyhinə işləyəcək; başqa sözlə, ağılı və vicdanı yatmış insanın özü vəhşiyə, əcinnəyə çevriləcək.

Bu hadisənin gerçək örnəyini biz abstrakt şəkildə deyil, real həyatda, bütöv bir etnik qrupun simasında, daha doğrusu, simasızlığında müşahidə edə bilərik.

Bunun adı – bəşəriyyətin üz qarası olan ermənilikdir.

“Yaltaqlığı ana qarnında mənimsəyən” (XX əsr erməni şairi Yeğişe Çarens) bu insanabənzərlər çaqqal kimi özlərindən güclüyə yalmanıb arxalanmaqla qanını içməyə gücsüz axtarır və təbii ki, tapırlar. Ancaq gözləmədikləri halda burunlarına təpik dəyəndə it kimi zingildəyib fəryad qaldırır, “ay aman, qoymayın, bizi qırırlar!” ‒ deyə hay-küy salırlar...

Bəli, bu gün güclü bir dövlətə çevrilmiş müstəqil Azərbaycan öz Ali Baş Komandanının – Prezidentin sərkərdəliyi altında erməni itlərini zingildətməyə, onillərdən bəri başımıza açılmış qeyri-insani, tükürpərdici oyunlara cavab verməyə, pozulmuş tarixi ədaləti bərpa etməyə başlamışıq. İgid sərkərdəmizin yenilməz iradəsi, müzəffər ordumuzun qeyrəti, millətimizin vəhdəti, Tanrının lütfü sayəsində düşməni “it kimi qovub” (Ali Baş Komandan İlham Əliyev) öz yuvasına, öz forpostuna soxacağımız gün uzaqda deyil. Qələbələrimizin qaynağında isə, şübhəsiz ki, hər bir millət üçün ən böyük nemət olan dövlət müstəqilliyimiz və bu dövlətə dünyada hörmət qazandıran, söz sahibi edən müdrik rəhbərlərimizdir.

Ancaq nə yazıq ki, 100 il bundan öncə belə deyildi; çünki müstəqil dövlətçiliyimiz, dövlətimizin başında duran müdrik və qorxmaz rəhbərimiz yox idi və namərd düşmən də bu fürsətdən sui-istfadə edib üstümüzə qudurmuş, müqəddəs qanımızla müqəddəs torpağımızı suvarmışdı. Bu el bayatısı da bəlkə elə o qanlı-qadalı illərdə yanıb-qovrulan ürəklərdən boy vermişdi:

Vətəndir çəmən mənə,

Hardan çökdü çən mənə?

Məni arxasız görüb,

Qudurdu düşmən mənə...

Məmməd Səid Ordubadinin vətənpərvər qələminin məhsulu olan və öz vaxtında vətənpərvər türk oğlu, milli mesenat Murtuza Muxtarovun qeyrəti ilə işıq üzü görmüş “Qanlı sənələr” kitabı da xalqımızın tarixində yaşanan faciəli dövrün – quduz itlə baş-başa, əli daşsız-dəyənəksiz qaldığımız müsibətli bir dövrün yanğılı-acılı təsvirini və təhlilini verir. Dahi sələfi Nizami Gəncəvi kimi mövzunun ağırlığından şikayətlənən ədib, bu çətin işə vicdanının diktəsi ilə girişdiyini və millətin çəkdiyi ağlagəlməz müsibətləri yenidən yaşaya-yaşaya mürəkkəb əvəzinə ürək qanı ilə əsəri bitirdiyini də qeyd etməyi unutmayaraq yazır:

“Şu tarixi-müsəvvəri vücuda gətirmək üzrə qələmi əlimə aldığım zaman kəndimdə bir ələm, daha bir müsibət xatirələri hiss edirəm. Əcəba!

Əlimdəki qələm hər zaman qanlı sənələrdə sərzədə zühur olan faciələri təsbit və təhrirə təsəmmüm və təqərrür edir. Vicdanım isə işbu vəzifəyi-ülviyyəni ifada bir sövqi-təbii göstərir. Hissi-naçizimə gəldikdə qanlı sənələrdə ucalmış fəryadi - “Va məzluma”-ların təsirati-maddi və mənəviyyəsindən naşi olaraq naqabil  dəf  və təhəmmül bir üxüvvət, bir füturətə təsadüf edib, kəndisini böyləcə davamdan məhrum buraxır.

Behər surət zəbti-tarixə ictisari-niyyət edib cahani-bəşəriyyətin hər nöqtəsinə qəmpaş olan bu əsəri-naçizimi meydani-vücuda qoyuram.

Daha açıq, daha doğrusu iki millət beynində vaqe olan faciələri yazmaqla əbnayi-vətənə məsaibi-mazidən bir yadigaranəyi-ibrət kimi bir qitə fəryadnaməyi-vətən vücuda gətirdim. Xüdavəndi-əhədiyyətin tövfiqiylə iki sənə müddətində tədvin və təhriri başında çalışdığım bu əsəri-qiymətdarın xitamına dəstrəs oldum. Minlərcə təşəkkür ki, hissi-naçizimin iqtizasınca olmayaraq şənimdən mafövq, qədrimdən ziyadə olan mübahata nail olaraq ucalara yüksəldim. Zira, millətimin ən əhəmiyyətli, ən lüzumlu bir xidmətini dəröhdə edib də ifasında qüsurlu qalmayıb, kəndimcə ali bir vəzifəyi qazandım. Filvaqe, bən bu dərəcəyi-ali və iftixarı iktisab etməyə müqtədir deyilidim. Daha qələm və iqtidarımda öylə əhəm bir vəzayifi ifa üçün bir qabiliyyət, bir yardarlıq da yox idi.

Bəni bu dərəcələrə isad etdirən hörmətli müxbirlərimin həmiyyəti-millətpərvəranəsi, bir də vicdanımdır. Əvət vicdanım!

Cümlə Qafqaz millətlərinə, xah erməni, xah müsəlman, məlum ola ki, işbu tarix hər gunə qərəzi-şəxsi və millidən ari olub, hər nöqtədə yüz vermiş faciə və vaqiələri bitərəfanə yazdırıb qarelərinə kamali-ehtiram ilə təqdim edəcəkdir.”

Bu geniş sitatdakı “VİCDAN” sözünün altından qırmızı xət çəkməklə, deyərdim ki, bu gün də kitabın aktuallığını təmin edən başlıca cəhətlərdən biri məhz onun vicdanla, ayıq olan və heç vaxt haqqı nahaqqa verməyən ədalətli türk vicdanı ilə yazılmasıdır. Belə deyərdim və yanılmazdım.

İkincisi, ədibin dili ilə desək, kitabın “qərəzi-şəxsi və millidən ari olmasıdır” ki, bu gün ikili standartlar içində kor kimi hara yönələcəyini bilməyən dünyanın yolunu məhz bu insani prinsiplə işıqlandıra bilər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu yaxınlarda ABŞ-dakı “Fox News” televiziyasına verdiyi müsahibədə bir çox dünya liderlərinə örnək olacaq uzaqgörən bir fikir səsləndirdi. Dedi ki, vaxtilə ABŞ və Almaniya bir-birlərini öldürürdülər, Rusiya və Almaniya bir-birlərini öldürürdülər, on milyonlarla insan həlak olmuşdu. Bu gün isə düşmənçilik yaddan çıxıb, çünki insan keçmişlə yox, bu günlə və gələcəklə yaşamalıdır. Günahsız-günahlı, fərqi yoxdur – ölənlərin ruhu ilə alver etməməlidir!

Eynilə namərd qonşularımız da öz şeytani xislətlərindən əl çəksələr, ölülərin ruhunu bəhanə gətirib torpaq iddialarından vaz keçsələr, nədən bir yerdə yaşaya bilməyək? Necə ki, zaman-zaman yaşamışıq...

Ancaq xalqımızın bir müdrik sözü də var ki: “İtnən dostluq elə, dəyənəyi əlindən yerə qoyma!” Bəli, indi biz güclüyük, dəyənək də əlimizdədir və üstümüzə qısqırdan olmasa, it özü də quyruq bulamaqdan başqa bir iş görməz.

Olsun! Yenə gərəkdir ki, yaddaşımızı itirməyək – demirəm ki, xəstə təxəyyüllü, psixikası pozulmuşlar kimi nalə-fəryad eləyək, mərhumlarımızın ruhunu rahat yatmağa qoymayaq, keçmişlə yaşayaq – yox! Əsla! TÜRKün ruhu bu günə, gələcəyə köklənib! Qurub-yaratmağa, yaşayıb-yaşamağa, dünyanı gözəlləşdirməyə, insanı kamilləşdirməyə köklənib. Qoy nasist və revanşist ruhlu, psixikası ölüm və qanla yoğrulmuş etnoslar bizdən insanlıq dərsi alsınlar, adam olmağa çalışsınlar. Doğrudur, bu, uzun bir sürən, gərgin bir tərbiyə tələb edəcək; axı meymun da birdən-birə insana çevrilməyib...

İndilik isə bu cür kitablara təkcə bizim deyil, bütün insanlığın ehtiyacı var – ibrət almaq üçün, adam olmaq üçün, insan olduğunu yaddan çıxarmamaq, heç olmasa arabir xatırlamaq, arabir də öz pis əməlindən utanmaq, öz həmcinsləri qarşısında azacıq da olsa, həya duyğusu keçirmək üçün... Ancaq nə yazıq ki, insanın da yaddaşı çox qısadır və zaman-zaman yadından çıxardır ki, artıq on min illərdir, cəngəllikdən çıxıb, dünyanı bəzəyən yekə-yekə, gözəl-gözəl şəhərlər salıb, hətta bunun xətrinə “mədəniyyət” deyə bir söz də uydurub (ərəbcə “şəhər” mənasını verən “mədinə” sözündən)!

Necə ola bilər ki, XX-XXI yüzillərin mədəni insanı (hər halda, özünə belə ad qoyubsa!) on min il bundan əvvəlki cəngəllik qanunları ilə yaşasın və hərəkət etsin?! Məgər buna anaxronizm demirlərmi?

Necə ola bilər ki, günün günorta çağı qoluzorluluğuna salıb, səni qısqırdana arxalanıb, qəzəblə qonşuna hürəsən və bununla da yetinməyib, hücum edərək dişləyib al qanına qəltan edəsən və minillər boyu yaşadığı elindən-obasından didərgin salasan və ən pisi də bununla qürrələnib tula kimi başını dik tutasan... o zamana qədər ki, burnuna təpik, ya dəyənək dəyməsin?

Dəyəndən sonra da zingildəyə-zingildəyə fəryad edəsən: “Ay aman! Qoymayın, məni genosid etdilər!”

Bəli, bunun bircə adı var: həyasızlıq!

Arı yeyib namusu atanlar üçün bu cür davranış, şivən salıb dünyanı başına yığmaq su içimi kimi bir şeydir... Çünki bunu dəfələrlə sınaqdan keçiriblər və həmin sınaqlardan dişlərində şirə qalıb. Ancaq dəyənəyin də müqəddəs vəzifələrindən biri həmin “şirəli dişləri” sındırmaqdır.

Çünki həmin şirə adi şirə deyil, insan qanının şirinliyinin şirəsidir və bir dəfə dişi qana batan it quduzlaşır, bunu yenə təkrar etmək istəyir, bundan heyvani bir həzz alır, insan qanından sərxoş olur...

Məmməd Səidin bu məşhur kitabı da məhz həmin sərxoşluğu aradan qaldırmaq, insanları ayıltmaq üçün yazılıb.

Teymur KƏRİMLİ, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: