Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində NDU-nun tələbələrinin tərcümə nümunələri müzakirə olunub
30.10.2020 10:35
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində NDU-nun tələbələrinin tərcümə nümunələri müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsinin “Tərcümə” (Fars-Azərbaycan) ixtisası üzrə II və III kurs tələbələrinin tərcümə etdiyi nümunələrin müzakirəsi keçirilib.

Əvvəlcə Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar fondda uğurla davam etdirilən tədbirlərdən danışıb. Alim tələbələrin bacarıq və vərdişlərində bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra tələbələrin tərcümə etdiyi “Dilimiz varlığımızdır”, “Qarabağ düşmən tapdağında qalmayacaq”, “Xocalı soyqırımı”, “Qüdrətli Ordumuz” və “Bayraq meydanı” adlı mətnlər oxunulub və müzakirə edilib.

Sonra Əlyazmaların toplanılması şöbəsinin müdiri Fəxrəddin Eylazov tərcüməçilik sənətinin bəzi xüsusiyyətləri haqqında tələbələrə məsləhətlər verib.

Sonda tələbələrə tərcümə edilmək üçün əlavə mətn nümunələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: