Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA əməkdaşları İtaliyada keçirilmiş beynəlxalq tədbirdə iştirak ediblər
17.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA əməkdaşları İtaliyada keçirilmiş beynəlxalq tədbirdə iştirak ediblər

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva və Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev dekabrın 10-13-də Romada (İtaliya) keçirilən Beynəlxalq “Strateji Enerji texnologiyaları planı” (SET-plan 2014) adlı tədbirdə iştirak ediblər.

ENEA (Yeni texnologiyalar, Enerji və Davamlı İqtisadi İnkişaf üzrə İtaliya Milli Agentliyi) təşkilatçılığı, Avropa Komissiyasının dəstəyi ilə keçirilən konfransda Avropa Komissiyasının Enerji Direktorluğu, Elm-Tədqiqat və İnnovasiyalar Komissarlığı, Ümumdünya Enerji Şurası, o cümlədən İtaliya, Almaniya, Fransa, İrlandiya, Avstriya, Macarıstan, Latviya və AB-nin üzvü olan digər ölkələrin enerji sahəsində yüksək səviyyəli təmsilçiləri iştirak edirdilər.

Tədbirə, həmçinin Avropa Birliyinin “Horizon-2020” Proqramı çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri və Belarusiyadan olan nümayəndələr də qatılıblar. Müzakirələr zamanı enerji effektivliyi, azkarbonlu texnologiyalar, alternativ enerji mənbələri və s. kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılmış, davamlı enerji təminatı üzrə fəaliyyət planının yaradılması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.

Konfransın sonuncu günü Casaccia Tədqiqat mərkəzinə texniki ekskursiya təşkil olunmuşdur. Mərkəz Günəş enerjisindən istifadə etməklə elektrik enerjisi istehsalı və bərk yanacaqların azkarbonlu texnologiyalar üzrə qazlaşdırılması üzrə pilot qurğulara, tədqiqat-nüvə reaktoruna və digər unikal texniki imkanlara malikdir. Radiasiya Problemləri İnstitutunun alimləri ilə bu mərkəzdə fəaliyyət göstərən mütəxəssislər arasında görüş keçirilmiş, birgə layihələrin həyata keçirilməsi sahəsində müzakirələr aparılmış və ilkin razılıqlar əldə olunmuşdur.

Tədbir çərçivəsində İ.Mustafayev İtaliyanın Yeni texnologiyalar üzrə Milli Agentliyinin əməkdaşı Francesco Diu Mario ilə teledebatda da iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: