www.science.az
16.12.2014 00:00

Akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyinə həsr edilmiş elmi konfrans keçiriləcək

Dekabrın 17-də saat 11:00-da AMEA Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyinə həsr edilmiş “Böyük ədəbiyyatşünaslıq irsi və müasirlik” mövzusunda elmi konfrans keçiriləcək.

Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bağlı keçiriləcək elmi konfransda “Akademik Məmməd Arif və Azərbaycan ədəbiyyatı”, “M.A.Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri”, “M.A.Dadaşzadə və dünya ədəbiyyatı” və s. mövzularda məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.