www.science.az
22.10.2020 15:18

2025-ci ilə qədər 85 milyon insan robotlara görə işsiz qalacaq

Dünya İqtisadi Forumunun mütəxəssisləri iş yerləri ilə bağlı geniş müzakirə doğuracaq məlumat yayıblar. Onların fikrincə, robotlaşdırma 2025-ci ilə qədər 26 ölkədə 85 milyon iş yerinin ləğvinə gətirib çıxaracaq.

Bu barədə məlumat "The Future of Jobs 2020" hesabatında yer alıb. Bununla birlikdə, qeyd olunub ki, xüsusi bacarıq tələb edən çox sayda yeni iş yerləri açılacaq. Mütəxəssislər robotlaşma prosesinin koronavirus pandemiyasına görə daha da sürətləndiyinə əmindirlər:

"85 milyon iş yerinin yox olması böyük bir böhrandan xəbər verir. Lakin bunun qarşılığında 97 milyon yeni iş yeri meydana çıxacaq. Yeni iş yerləri insanlarla robotlar arasındakı məsuliyyət bölgüsünə uyğunlaşdırılacaq. Buna baxmayaraq, vakansiyaların artım tempi yavaşlayacaq".

Hesabat 300 qlobal şirkətin top menecerləri arasında keçirilmiş sorğu əsasında hazırlanıb.

Firmaların 43%-nin rəhbərləri texnologiyanın tətbiqi səbəbindən işçilərini ixtisar etməyə hazırlaşdıqlarını söyləyiblər.