AMEA Fizika İnstitutunun innovasiya və transfer üzrə dirtektor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və İnnovasiya sektorunun rəhbəri, professor Emil Hüseynov dekabrın 8-də Türkiyənin İstanbul şəhərinin Qəbzə bölgəsində ezamiyyətdə olublar. Məqsəd Avropa Birliyinin F7 proqramı çərçivəsində aparılmış tədqiqatların nəticələrini müzakirə etmək idi.
Altı günlük ezamiyyət müddətində A.Bayramov və E.Hüseynov Marmara Araşdırma Mərkəzinin Materialşünaslıq, Elektronika və Kriptologiya institutlarında görüşlər keçirib, əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.