Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kompüter şəbəkələrində təhlükəsizlik testlərinin tətbiqi zəruridir
22.10.2020 11:45
  • A-
  • A
  • A+

Kompüter şəbəkələrində təhlükəsizlik testlərinin tətbiqi zəruridir

AMEA–nın İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “İnformasiya təhlükəsizliyi testləri: nüfuzetmə testləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirilib.

Məruzəni təqdim edən institutun magistrantı Ayşən Rzayeva öncə 2020-ci il üçün kiberhücumların statistikası haqqında məlumat verib. Qeyd edib ki, kiberfəza quru, hava, dəniz və kosmosdan sonra 5-ci müharibə meydanı hesab olunur. Kiberhücumlar haktivizm, kibercinayət, kibercasusluq, kiberterorizm və ya kibermüharibə məqsədləri daşıya bilər.

O, bildirdi ki, kiber mühitdə yarana biləcək təhdidlərin müəyyənləşdirilməsi bu təhdidlərə qarşı görüləcək tədbirlərin hazırlanması baxımından vacibdir. Buna görə kompüter şəbəkələrində təhlükəsizlik testlərinin tətbiqinin labüdlüyü zaman keçdikcə daha da artır.

Sonra o, təhlükəsizlik testlərinin yaranma tarixi haqqında bəzi məqamları diqqətə çatdırdı. Təhlükəsizlik testlərinin informasiya və səlahiyyət, sistemə təsir, əhatə dairəsi, yanaşma, yer və metod meyarlarına görə təsnifatları haqqında məlumat verib.

Həmçinin nüfuzetmə testlərinin planlama, məlumat toplama, boşluqların aşkarlanması, sistemə nüfuz etmə, giriş əldə etmə və hüquq yüksəltmə, hesabat olmaqla 5 mərhələdə aparıldığını bildirib. Bu mərhələlərdə istifadə olunan alətlər və onlara aid nümunələri seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: