Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Rusiyada keçirilən onlayn elmi konfransda çıxış ediblər
21.10.2020 15:02
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Rusiyada keçirilən onlayn elmi konfransda çıxış ediblər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri, professor Kamil Mənsimov və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəşad Məstəliyev Rusiyanın İrkutsk şəhərində keçirilən ənənəvi beynəlxalq “Dinamik sistemlər və kompüter elmləri: nəzəriyə və  tətbiqləri” (DYSC-2020) onlayn elmi konfransında iştirak ediblər.

İrkutsk Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutan konfrans professorlar Nikolay Aleksandroviçin 80, Vladimir Andreyeviçin isə 75 illik yubileyinə həsr olunub.

Tədbirdə İSİ-nin alimləri “Paylanmış stoxastik sistemlər üçün birinci və ikinci tərtib zəruri şərtlər” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzə konfrans iştirakçılarının marağına səbəb olub və mövzu ətrafında müxtəlif suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: