Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ümummilli liderin əziz xatirəsi AMEA Fəlsəfə və Hüquq İnstitutunda ehtiramla anılıb
12.12.2014 00:00
  • A-
  • A
  • A+

Ümummilli liderin əziz xatirəsi AMEA Fəlsəfə və Hüquq İnstitutunda ehtiramla anılıb

AMEA Fəlsəfə və Hüquq İnstitutunda ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə həm Sovet dövründə, həm də müstəqillik illərində Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında dönüş yaratdığını bildirib. Onun irsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində elmi işlər görməklə yanaşı, ideoloji fəaliyyətlə də məşğul olmağın əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İnstitutun Siyasi nəzəriyyələr şöbəsinin böyük elmi işçisi Sənan Həsənov dahi liderin irsini tədqiq edən məktəbin fəaliyyətindən söz açıb. Qeyd edib ki, hazırda institutda onun irsi ilə bağlı fundamental araşdırmalar, tədqiqat işləri aparılır.

Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə elmlər namizədi Xaliq Əhmədzadə Heydər Əliyevin tarixi xidmətləri, onun idarəçilik fəaliyyəti və mənəvi keyfiyyətlərindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: