Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Turistləri kosmosa göndərməyi planlaşdıran raket sınaqdan keçirilib
14.10.2020 16:32
  • A-
  • A
  • A+

Turistləri kosmosa göndərməyi planlaşdıran raket sınaqdan keçirilib

Turistləri kosmosa göndərməyi planlaşdıran "Blue Origin" aerokosmik şirkəti "New Shepard" adlı kosmik gəminin növbəti uğurlu testini yekunlaşdırıb.

BBC-nin məlumatına görə, pilotsuz missiya çərçivəsində gələcəkdə Aya olacaq uçuşlar üçün nəzərdə tutulmuş Ay eniş modulunun avtomatik rejimdə testi reallaşdırılıb. Test zamanı uçuşa start veriləndən sonra raket 105 km hündürlüyə qalxıb ki, bu da rəsmi kosmik sərhəd hesab edilir.

Sözügedən hündürlüyə qalxdıqdan sonra raketin sərnişin kapsulu sürətləndirici blokdan ayrılaraq paraşüt sistemi vasitəsilə, raketin özü isə tormozlanma üçün fərdi mühərrikdən istifadə edərək uğurlu eniş edib. Test üçün nəzərdə tutulmuş "New Shepard"ın daxilində 12 ədəd elmi-tədqiqat təchizat yerləşdirilib. Həmin təchizatların arasında NASA agentliyi tərəfindən hazırlanmış müxtəlif ötürücülər də yer alıb.

  • Paylaş: