Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti Akif Əlizadə Türkiyə Radio və Televiziya Qurumunun rəhbərliyi ilə görüşüb

AMEA prezidenti Akif Əlizadə Türkiyə Radio və Televiziya Qurumunun rəhbərliyi ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Baş direktoru Şenol Göka, TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan və TRT Avaz Televiziyasının Əlaqələndirmə direktoru Murat Akkoç ilə görüş keçirib.

Görüşdə akademik A.Əlizadə qonaqlara akademiyanın tarixi, həmçinin elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar haqqında məlumat verib. Azərbaycan və Türkiyə arasında zəngin tarixi keçmişə malik elmi-mədəni əlaqələrin əhəmiyyətindən danışan AMEA rəhbəri iki ölkə alimlərinin qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın yeni imkanları haqqında fikirlərini bölüşüb. Akademik Azərbaycanın elmi nailiyyətlərinin türk dünyasına, eləcə də Avropa, Yaxın və Uzaq Şərq ölkələrinə tanıdılmasında, elmin təbliğində TRT ilə birgə layihələrin hazırlanmasını məqsədəuyğun hesab edib.

TRT-nin Baş direktoru Şenol Göka isə öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Ş.Göka zəngin təcrübəyə malik TRT-nin Azərbaycanın elmi irsinin təbliğində əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Sonda AMEA və TRT arasında gələcək əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: