Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb
12.10.2020 15:51
  • A-
  • A
  • A+

İqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb

2020-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytından verilən xəbərə görə, mükafat Paul R. Milgrom və Robert B. Wilsona verilib.

Onlar bu mükafata "Hərrac nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə" nail olublar.

Paul R. Milgrom (Pol Robert Milqrom) 1948-ci ildə ABŞ-ın Detroyt şəhərində anadan olub. Bakalavr təhsilini Miçiqan və Stenford Universitetlərini bitirib, 1992-ci ildən Amerika Elm və İncəsənət Akademiyasının üzvüdür.

Robert B. Wilson (Robert B. Uilson) isə 1937-ci ildə ABŞ-ın Nebraska ştatında anadan olub. 1999-cu ildən Ekonometrik Cəmiyyətinin prezidentidir.

  • Paylaş: