Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Fiziologiya İnstitutu “Könüllü poçt” kampaniyası elan edir
12.10.2020 12:04
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu “Könüllü poçt” kampaniyası elan edir

AMEA-nın Fiziologiya İnstitutu gənc alim və könüllülərin təşəbbüsü ilə “Könüllü poçt” adlı kampaniyaya başlayıb. Kampaniya çərçivəsində mütəmadi olaraq Azərbaycan Ordusunun əsgər və zabitlərinə vətəndaşlarımız tərəfindən yazılan, onlara mənəvi dəstək, qələbə ruhu verən məktubların çatdırılması nəzərdə tutulur.

16 oktyabr 2020-ci il tarixində Naftalan və Tərtər rayonları ərazisinin sakinləri və cəbhə bölgəsindəki əsgərlərimizlə ilk görüş təşkil olunacaq. Hər bir arzu edən öz adını və soyadını göstərməklə əsgərlərimizə ürək sözlərini yaza, onlara dəstəyini ifadə edə bilər.

Məktublar oktyabr ayının 14-nə kimi qəbul olunur.

Ünvan: Bakı şəhəri, Şərifzadə küç., 78

E-mail: ulviyyeisrafilova@gmail.com

Tel.: (994 12) 432 43 21, (994 55) 604 41 61

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: