Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yeni su anbarlarının tikilməsi Kür çayının qidalanmasına problem yaratmamalıdır
06.10.2020 11:52
  • A-
  • A
  • A+

Yeni su anbarlarının tikilməsi Kür çayının qidalanmasına problem yaratmamalıdır

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d. dosent Mirnuh İsmayılov Nazirlər Kabinetində Əlicançay su anbarının tikintisi və onun su ehtiyatlarının düzgün idarə olunmasına həsr edilən iclasa qatılıb.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” haqqında Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə keçirilən tədbir İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşəbbüsü və müvafiq təşkilat nümayəndələrinin birgə iştirakı ilə baş tutub.

Müzakirə edilən məsələlərə münasibətini bildirən Mirnuh İsmayılov diqqəti yaradılacaq su anbarının Kür çayının qidalanmasında problem yaratmamasına yönəldib. Şöbə müdiri qeyd edib ki, Kürə tökülən əsas çayların üzərində su anbarları tikiləcəksə, son nəticədə Kürün su ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Buna görə də yeni yaradılan su anbarlarında çayın su sərfinin ekoloji potensialı mütləq nəzərə alınmalıdır. Alim eyni zamanda, ekosistemlərimiz üçün xarakterik olan, az su tələb edən yerli mədəni bitki növlərinə üstünlük verilməsini də əsaslandırmışdır.

Sonda təkliflər nəzərə alınmaqla, fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq müzakirələrin keçirilməsinin zəruriliyi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: