www.science.az
05.10.2020 11:53

Neft-Kimya Prosesləri İnstitutunun rəhbərliyi əsgərlərimizlə görüşüb

AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və müəssisənin əməkdaşı, professor Elmira Süleymanova Füzuli bölgəsində olub, əsgərlərimizlə görüşüblər.

Səfər çərçivəsində Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti "İNKOR" MMC ilə birlikdə istehsalı təşkil olunmuş dezinfeksiya, yuyucu, dərman vasitələri, isti geyimlər qəhrəman əsgərlərimizə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.