Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində vakant vəzifələri tutmaq üçün seçkilər keçirilib
01.10.2020 14:15
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində vakant vəzifələri tutmaq üçün seçkilər keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin ümumi yığıncağı keçirilib.

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev bu qurumun Tarix, Etnoqrafiya, və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, BioresurslarTəbii Ehtiyatlar institutlarının şöbə və laboratoriyalarına aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə elanı barədə məlumat verib. O, elan üzrə müsabiqəyə bir elmlər, 12 fəlsəfə doktorunun müraciət etdiyini bildirib.

Daha sonra seçkilərin keçirilməsi üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli seçilib.

Sonra gizli səsvermə yolu ilə seçilən əməkdaşlar Rəyasət Heyətinin qərarı ilə təsdiq olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: